waplog

Süni intellekt qərar qəbuluna təsir göstərə bilər


Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Birliyinin (CSIRO) “Data61” şirkətinin tədqiqatçıları Avstraliya Milli Universiteti və Almaniya ekspertləri ilə əməkdaşlıqda süni intellektin insan tərəfindən qərarın qəbul edilməsinə təsir göstərə bilməsini müəyyən ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, tədqiqata iştirakçıların kompüterə qarşı oyun oynadığı üç eksperiment daxil olub. İlk iki testdə iştirakçılar saxta valyuta qazanmaq üçün qırmızı və ya göy xanaların üzərinə keçid edərək sıxıblar. Üçüncü eksperimentdə iştirakçılara saxta valyutanın investisiya qoyuluşu üzrə iki variant təklif olunub. Senaridə iştirakçılar sərmayədar, süni intellekt isə etibarlı idarəedici rolunu oynayıb.

 

Hər üç oyunu keçdikcə süni intellekt iştirakçıların son nəticədə oyunçuların müəyyən qərar qəbul etməsinə kömək edən seçim modelini öyrənib. Məsələn, artıq üçüncü oyunda süni intellekt iştirakçıları ona daha çox pul verməyə məcbur etməyi mənimsəyib.

 

Tədqiqatın nəticələrinə görə, süni intellekt insanların vərdişlərindən və davranış modellərindən istifadə edərək onların qərar qəbul etməsinə təsir göstərə bilər.

 

“Tədqiqat nəzəri olsa da, o, bizə insanların necə seçim etməsini daha yaxşı başa düşməyə imkan verib”, – ekspertlər qeyd edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL