waplog

“Samsung” uzun müddət avtonom işləyə bilən smartfon təqdim edib


“Samsung” şirkəti uzun müddət avtonom işləyən yeni “Galaxy F62” smartfonunu təqdim edib. Bu barədə “Sammobile” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Super AMOLED ” texnologiyası üzrə hazırlanmış və görüntünü yalnız 60 Hs tezlikdə yeniləmək qabiliyyətinə malik smartfon 6,7 düymlük ekrana malikdir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.

 

7 nanometrlik “Exynos 9825” prosessoru qurğunun məhsuldarlığını təmin edir. Əməli yaddaşın tutumu 6/8 QB, daxili yaddaşın tutumu yalnız 128 QB ola bilər. “MicroSD” yaddaş kartları üçün slot nəzərdə tutulub.

 

“Galaxy F62” smartfonunun kamerası 4 sensordan ibarətdir: 64, 12 (genişbucaqlı), 5 (makro) və 5 (boke) meqapiksellik. Əsas kamera ilə videoçəkilişin maksimal keyfiyyəti 4K və saniyədə 30 kadr təşkil edir.

 

Cihaz yalnız LTE şəbəkələrdə işləyir, “5G” dəstəyi yoxdur. “Samsung Galaxy F62” cihazında “Bluetooth 5.0”, “NFC”, “USB-C” portu və standart audiocek var. Smartfon yeni “One UI 3.1” interfeysli “Android 11” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğu 25 vatlıq simli enerjidoldurma texnologiyasına malik 7000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.

 

Fevralın 22-də Hindistan bazarına çıxarılacaq smartfonun qiyməti 330 dollar təşkil edəcək. Bundan sonra smartfon başqa ölkələrdə də satışa çıxarılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL