waplog

“SpaceX” şirkəti “Starlink”in 60 peykindən ibarət raketdaşıyıcını kosmosa göndərib


ABŞ-ın “SpaceX” şirkəti “Falcon 9” raketdaşıyıcısı vasitəsilə “Starlink”in 60 mikropeykinin buraxılışını həyata keçirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, Kanaveral burnundakı (Florida ştatı) kosmodromdan buraxılış yerli vaxtla saat 22:59-da baş tutub.

 

“SpaceX”ın əməkdaşları bu dəfə “Falcon 9” elementini Atlantik okeanındakı üzən “Of Course I Still Love You” platformasına geri qaytara bilməyiblər. Bu texnologiya şirkətə növbəti daşıyıcı buraxılışları zamanı xərcləri azaltmağa imkan verir.

 

“Starlink” şəbəkəsi Yerətrafı orbitdə çəkisi 500 kiloqramadək olan çox sayda kiçik aparatlar yerləşdirməklə internetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. “SpaceX”in qiymətləndirməsinə görə, ümumilikdə 11 min peykin buraxılışı və onların istifadəyə verilməsi 10 milyard ABŞ dollarına başa gələcək. Xatırladaq ki, 2019-cu ilin may ayında “Starlink”in ilk 60 aparatı kosmosa göndərilmişdi.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL