waplog

“Apple” və “Google” şirkətləri daşınan kompyuterlər haqqında düşünürlər


Veb-mənbələrin məlumatına əsasən, “Apple” və “Google” şirkətləri daşınan elektron qurğuların təcrübi hazırlamasına başlayıblar.

İdeyanın mahiyyəti smartfona bədəndə və ya geyimdə bərkidilən, bu və ya digər funksiyaları yerinə yetirən köməkçi cihazlar əlavə etməkdir.

Məsələn, “Apple” şirkəti “iPod” pleyerinin ələ taxılan qolbaq formasında yaradılması imkanı haqqında düşünür. İstifadəçilər “Siri” intellektual köməkçisi ilə səs
əmrləri vasitəsi ilə pleyerlə qarşılıqlı təsir yarada bilərlər.

Tədqiqatçılar qeyd ediblər ki, bir çoxları üçün smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevriliblər. Belə aparatlar gün ərzində sahibindən 1  metr aralıda olmurlar.

Buna görə də onları digər cihazlarla qarşılıqlı təsir üçün "beyin mərkəzi"nə çevirmək tamamilə məntiqi olardı.


Smartfonların perspektivləri haqqında həm də “Netscape” şirkətinin banisi  Mark Andreessen danışıb. Cənab Andreessenin fikrincə, 3 - 5 il ərzində insanların əksəriyyəti üçün məhz smartfonlar əsas kommunikasiya vasitəsi olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL