waplog

“Apple” şirkəti “iPad mini” planşetindən imtina edir


“Apple” şirkəti qatlanan cihazlara üstünlük verərək ən yığcam planşetindən imtina edəcək. Bu haqda Çinin “MyDrivers” nəşrinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, insayderlərin məlumatına görə, ABŞ-ın İT nəhəngi yığcam planşetlər seriyasından imtina etməyə hazırlaşır. Onun yeni qatlanan “iPhone” cihazı ilə əvəz ediləcəyi bildirilir. Çox güman ki, şirkət sözügedən modeli öz saytından siləcək, həmçinin onu tədricən istehsaldan və satışdan çıxaracaq.

 

Analitiklərin fikrincə, qabaqcıl smartfonun ekranının diaqonalı 7,3 və 7,6 düym diapazonunda olacaq və stilusla işləməyi dəstəkləyəcək.

 

Xatırladaq ki, “iPad mini” seriyasından ilk planşet 23 oktyabr 2012-ci ildə təqdim edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL