waplog

“Twitter” sosial şəbəkəsi “Super Follow” ödənişli abunə funksiyası hazırlayır


“Twitter” sosial şəbəkəsi ödəniş müqabilində abunəçilərin eksklüziv məzmundan istifadəsinə imkan verən “Super Follow” funksiyasını təqdim etməyi planlaşdırır. Bu haqda “CNBC” telekanalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən funksiya digər istifadəçilər üçün əlçatmaz olan mesajları oxumağa, xəbərlərə abunə olmağa imkan verir. Ödəniş mexanizmi hələ ki məlum deyil.

 

Daha bir yenilik qruplar yaratmaq imkanı olacaq.

 

Həmçinin “Super Follow” funksiyasının istifadəyə verilmə müddəti açıqlanmayıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL