waplog

2020-ci ilin ən populyar şifrləri məlum olub


2020-ci ilin ən populyar şifrləri məlum olub. Bu haqda məlumat itkisini araşdıran “DLBI” xidmətinin araşdırmasında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, "123456" altırəqəmli kodu növbəti dəfə ən populyar şifrlərin reytinqində lider olub. Həmçinin rəqəmlərin sadə ardıcıllığından ibarət kombinasiyalar reytinqdə ön pillələrdə qərarlaşıb: "12345", "123456789" və ya "000000". Bundan başqa, "password" şifri həmişəki kimi çox populyardır.

 

Ancaq reytinqdə bir sıra dəyişikliklər qeydə alınıb. Məsələn, qwerty hərflərinin birləşməsinə əsaslanan şifrlər ilk onluğu tərk edib, "asdasd", "asdfghjkl" şifrləri onu əvəz ediblər, həmçinin "mən", "sevgi" və "salam" şifrləri geniş yayılıb.

 

2020-ci ildə istifadəçilər çox vaxt koronavirusla bağlı şifrlər yaradıblar: mütəxəssislər "covid19", "epidemic", "COVID19_Access", "pandemic", "coronavirus" kimi şifrlərin sayının artdığını qeyd ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL