waplog

“Instagram” canlı yayımda iştirak edənlərin sayını artırıb


"Instagram" sosial şəbəkəsində istifadəçilər öz canlı yayımlarına 3 nəfərədək insanı qoşa biləcəklər. "Live Rooms" adlı yeni funksiya martın 1-dən əlçatan olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "Biz "Instagram" sosial şəbəkəsində canlı yayımda üç nəfərin iştirakına imkan verən "Live Rooms" funksiyasını təqdim edirik. Əvvəllər canlı yayımda yalnız bir nəfərin iştirakı mümkün idi, amma indi üç nəfərin iştirakı mümkündür" – məlumatda deyilir.

 

Yeni funksiya istifadəçilərə öz auditoriyası ilə qarşılıqlı əlaqə qurmaq, həmçinin tok-şoular keçirmək imkanı yaradacaq. Bundan başqa daha bir gəlir əldə etmə üsulu olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL