waplog

“YouTube” videohostinqi “TikTok”un analoqunu hazırlayıb


"YouTube" videohostinqi "Shorts" adlı yeni funksiya hazırlayır. Bu, portret rejimində çəkilmiş qısamüddətli videoçarxlar üçün platformadır. Bu haqda "GSMArena" portalı yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Shorts" platforması qısamüddətli videoların əsas populyarlaşdırıcısı hesab edilən "TikTok" proqramını xatırladır – portret rejimində göstərilən videolar arasında keçid etmək üçün "swipe up" etmək lazımdır. Videonun "Shorts" bölməsinə düşməsi üçün onun davametmə müddəti bir dəqiqədən az olmalıdır.

 

Sözügedən funksiya beta test mərhələsindədir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL