waplog

Növbəti nəsil “Windows” əməliyyat sistemi təqdim ediləcək


"Microsoft" korporasiyasının nümayəndəsi növbəti nəsil "Windows" əməliyyat sistemi haqqında məlumat verib. Bu haqda "Windows Central" portalı məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Microsoft"un məhsul üzrə direktoru Panos Panay "Ignite 2021" konfransı çərçivəsində yeni nəsil "Windows" haqqında məlumat verib. "Windows ƏS-nin gələcəyi çox ümidvericidir" – Panay deyib. Korporasiyanın nümayəndəsi dünyada 1 milyarddan çox insanın "Windows" ƏS-dən istifadə etdiyini və sözügedən sistemin onların daha məhsuldar işləməsinə kömək etdiyini nəzərə çatdırıb.

 

Şirkətin top-meneceri ƏS-nin yeni xüsusiyyətlərini açıqlamayıb və növbəti versiyaların təxmini təqdimetmə tarixini elan etməyib. Lakin digər konfrans iştirakçıları ilə söhbət zamanı Panos çox həyəcanlı olduğunu, "Windows" haqqında xəbərləri paylaşmaq üçün səbirsizliklə gözlədiyini deyib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL