waplog

“Razer” şirkəti “Anzu” “ağıllı” eynəyini nümayiş etdirib


Oyun həvəskarları üçün müxtəlif qurğular buraxan "Razer" şirkəti "Anzu" adlı ilk "ağıllı" eynəyi rəsmən təqdim edib. Qurğu şirkətin saytında və Şimali Amerika mağazalarında 200 dollara satışa çıxarılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru " resursuna istinadən yazır ki, eynək iki dizayn (dairəvi və çoxbucaqlı linzalarla) variantında və iki ölçüdə buraxılıb. "Anzu" dəstinə iki cüt linza da daxildir: adi (mavi işıq filtri ilə) və gündən qorunma. "Ağıllı" eynəyin funksionallığı ondan simsiz qulaqcıq əvəzinə istifadəyə imkan verir. Qurğu smartfona və ya digər səs mənbəyinə "Bluetooth" vasitəsilə qoşulur.

 

Eynəyin hər iki əyri dəstəyində musiqi nömrələrinin dəyişdirilməsi, səsli zənglərin qəbulu və ya imtina edilməsi və səsli köməkçinin aktivləşdirilməsi üçün sensor sahələr yerləşir. Akkumulyatorun bir dəfə tam enerji ilə doldurulduqdan sonra avtonom işləmə vaxtı təxminən 5 saat təşkil edir, gözləmə rejimində isə eynək iki həftəyədək işləyə bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL