waplog

Yaponiyada geniş temperatur diapazonuna davamlı batareya təqdim edilib


“Hitachi Zosen” şirkəti tərəfindən hazırlanmış geniş temperatur diapazonuna davamlı və rekord tutuma malik batareya peyk və sənaye texnologiyasında istifadə edilə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, ötən həftə Tokioda keçirilmiş sərgidə təqdim edilmiş məhsuldar yarımkeçirici batareyanın tutumu 1000 milliamper/saatdır ki, bu da yapon şirkətinin əvvəlki modelləri ilə müqayisədə təxminən 7 dəfə çoxdur. Yenilik, həmçinin 100-dən -40 selsi dərəcəyədək temperaturda işləyə bilər.

 

Şirkət yarımkeçirici batareyaların kosmosda sınaqdan keçirilməsi üçün Yapon Aerokosmik Tədqiqatlar Agentliyi ilə razılığa gəlib. “Hitachi Zosen” şirkətinin batareyası ilə işləyən fotoaparatlar üçün avadanlıq artıq bu ilin payızında Beynəlxalq Kosmik Stansiyadakı Kibo moduluna göndəriləcək, sınaqlar 6 ay davam edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL