waplog

“Samsung” smartfonu “5G” sürət rekorduna imza atıb


“Samsung” şirkətinin mühəndisləri beşinci nəsil mobil rabitə şəbəkəsində rekord sürətə nail olublar. Bu barədə şirkətin press-relizində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.” resursuna istinadən yazır ki, Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, rekord məlumat ötürmə sürəti – saniyədə 5,23 giqabit laboratoriya şəraitində əldə edilib. Korporasiya nümayəndələri bu nəticəni “5G” standartına malik kommersiya qurğusu – “Galaxy S20 ” smartfonu vasitəsilə əldə etdiklərinə diqqət çəkiblər. Həmçinin testlərdə dördüncü və beşinci nəsil mobil rabitə dəstəkli radiomodullardan istifadə olunub.

 

Mütəxəssislər qeyd edib ki, məlumat ötürmə “E-UTRAN New Radio Dual Connectivity” (EN-DC) texnologiyasına əsaslanıb. O, mobil rabitə operatorlarına “4G” vasitəsilə “5G” sürətini artırmağa imkan verir. Laboratoriyada mühəndislər tərəfindən 40 meqahers tezlikli “4G” rabitəsi 800 meqahers tezlikli “5G mmWave” rabitəsi ilə birləşdirilib.

 

“GlobalData” şirkətinin baş analitiki Ed Qubbinsin sözlərinə görə, operatorlar “5G” şəbəkəsinin dəyərini artırmaq üçün məhdud resurs spektrlərindən maksimim səmərəli istifadə etməlidirlər.

 

Şirkətin məlumatına görə, “Samsung” smartfonlarında 2019-cu ilə müəyyənləşdirilən əvvəlki “5G” rekord sürəti saniyədə 4,3 giqabit təşkil edib. Korporasiya mühəndislərinin standartı test etməyə başladığı 2018-ci ildə saniyədə 1,7 giqabitlik rekorda imza atılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL