waplog

“LG” və “TCL” arasında patent araşdırması ilə bağlı yekun qərar verilib


Cənubi Koreyanın “LG Electronics” (LG) korporasiyası Almaniyanın Manheym (Baden-Vyurtemberq torpağı) Məhkəməsinin Çinin “TCL Communication Technology Limited” şirkəti ilə aparılan patent araşdırması çərçivəsində qərar çıxarmasını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “LG” şirkəti 2019-cu ilin sonunda “TCL” istehsalçısına qarşı iddia qaldıraraq onu “4G/LTE” standartlı mobil rabitə texnologiyalarından qeyri-qanuni istifadədə təqsirləndirib.

 

Cənubi Koreya istehsalçısının nümayəndələrinin sözlərinə görə, “TCL” şirkəti üç patent hüququnu pozub. Xatırladaq ki, “TCL” şirkəti “BlackBerry” və “Alcatel” brendli smartfonlar buraxır. “LG” tərəfindən patentləşdirilən texnologiyaların hansı qurğularda istifadə edilməsi barədə məlumat verilmir.

 

Məlumata görə, Almaniya məhkəməsi “LG” istehsalçısının xeyrinə qərar çıxararaq “TCL” şirkətini “LTE” rabitə vasitələrinə aid “EP 2 627 146 B1” patentini pozmaqda təqsirli bilib. İndi cavabdeh ya sənəddə qeyd olunan texnologiyalardan istifadəni dayandırmalı, ya da onlar üçün lisenziya almalıdır.

 

İki patentə gəldikdə, onlarla bağlı son qərar hələ ki verilməyib. Sənədlərdən biri ilə bağlı dinləmələrin mayda keçirilməsi nəzərdə tutulur.

 

Həmçinin qeyd olunur ki, “LG” şirkəti “4G” (LTE/LTE-A) və “5G” mobil rabitəsi sahəsində müxtəlif texnologiyalar üçün çoxlu patent hüququ alıb. Məsələn, “5G” sahəsində şirkətə 3700-dən çox patent verilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL