waplog

2021-ci ildə “Apple” korporasiyasının keçirəcəyi ilk təqdimatın tarixi məlum olub


"Apple" korporasiyası yeni məhsullarını təqdim etmək üçün yazda böyük miqyaslı tədbir keçirməyə hazırlaşır. Bu haqda "Twitter" sosial şəbəkəsində nüfuzlu şəbəkə informatoru Con Prosser məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, virtual formatda olacaq təqdimatın keçirilməsi martın 23-nə planlaşdırılıb. Hələ ki "Apple" korporasiyası bu məlumatı təsdiq etməyib.

 

Təqdimatda "5G" dəstəyinə malik və "A14X Bionic" prosessoru ilə təchiz ediləcək "iPad Pro" planşetinin yeni versiyasının nümayiş etdiriləcəyi gözlənilir. Daha bir yenilik əşyaların izlənilməsi üçün nəzərdə tutulmuş "AirTags" cihazı ola bilər. Nəhayət, ABŞ şirkətinin üçüncü nəsil "AirPods" qulaqlıqlarını və "Apple TV" qurğusunu təqdim etməsi ehtimalı var.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL