waplog

Biometrik skanerə malik kredit kartı təqdim ediləcək


Cənubi Koreyanın "Samsung Electronics" şirkəti, onun törəmə şirkəti "Samsung Card" və ABŞ-ın "MasterCard" şirkəti birlikdə barmaq izləri skanerinə malik biometrik kart hazırlayacaqlar. Yeni sistem mağazalarda alış-veriş üçün ödəniş prosesini daha təhlükəsiz və faktiki olaraq təmassız etməkdən ötrü işlənib hazırlanıb. Belə kartların istifadəçiləri pin-kodu yığmaq üçün terminallara toxunuş etməli olmayacaqlar ki, bu da davam edən pandemiya şəraitində xüsusilə önəmlidir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, "istehlakçılar təmassız ödənişlərin təhlükəsizliyinə və rahatlığına böyük önəm verdiyinə görə "MasterCard" kibertəhlükəsizlik sahəsində öz biliklərindən, həmçinin bu üçtərəfli əməkdaşlıq çərçivəsində sürətli və problemsiz ödənişləri dəstəkləyən biometrik həllin köməyi ilə kart sahiblərinin təhlükəsizliyinin artırılması üçün qlobal ödəniş şəbəkəsindən istifadə edəcək" – "MasterCard" şirkətinin Asiya-Sakit okean regionunda kibernetika və analitik həllər üzrə böyük vitse-prezidenti Kartik Ramanatan deyib.

 

"MasterCard"ın biometrik kartlarında təhlükəsizliyin təmini üçün "Samsung System LSI Business"dən yeni mikrosxem dəsti istifadə olunacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL