waplog

Kompakt diskin ixtiraçısı dünyasını dəyişib


“Dutch News” portalının məlumatına görə, kompakt disk və kasetlər üçün plyonkanı ixtira edən hollandiyalı mühəndis Lodeveyk Ottens 94 yaşında dünyasını dəyişib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Ottens 1952-ci ildə “Philips” şirkətində işləməyə başlayıb. O, 8 il sonra sözügedən şirkətdə məhsulların hazırlanması bölməsinə rəhbərlik etməyə başlayıb və 1 il ərzində komandası ilə birgə ilk yığcam maqnitofon təqdim ediblər. Ottens 2 il sonra kompakt kasetlər üçün plyonkanı, bundan sonra isə kompakt diski ixtira edib.

 

İxtiraçı 1986-cı ildə təqaüdə çıxıb. Portal yazır ki, Ottens həmişə hər iki ixtiranın kollektiv əməyin nəticəsi olduğunu vurğulamışdı.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL