waplog

“Instagram” sosial şəbəkəsinin “yüngül” versiyası istifadəyə veriləcək


“Facebook” şirkəti tərəfindən istifadəyə veriləcək “Instagram” sosial şəbəkəsinin “yüngül” versiyası zəif internet bağlantısı vaxtı istifadə üçün nəzərdə tutulub. Şirkətin saytındakı məlumata əsasən, “Instagram Lite” adlandırılmış versiya dünyanın 170-dən çox ölkəsində əlçatan olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, sözügedən mobil tətbiqi “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğuya yükləmək üçün 2 MB tələb olunur. Bu, tam versiya (30 MB) ilə müqayisədə xeyli azdır. Buna baxmayaraq şirkət video izləmə və mesajların göndərilməsi daxil olmaqla əsas funksiyaları saxlayıb.

 

Xatırladaq ki, 2020-ci ildə “Instagram”ın mobil proqramı dünyada ən populyar tətbiqlərdən biri olub. 2018-ci ildə sosial şəbəkənin aktiv istifadəçilərinin sayı 1 milyard nəfəri ötmüşdü.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL