waplog

“Twitter” foto və videoların yüklənməsi üçün yeni funksiya hazırlayır


“Twitter” mikrobloqlar xidmətinin nümayəndəsi yaxın həftələr ərzində böyük təsvir ölçüsünə malik media fayllarını paylaşmağa imkan verəcək yeni funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "Bəzən foto və ya videonun köməyi ilə öz fikrini ifadə etmək daha rahatdır. Biz növbəti bir neçə həftə ərzində “Twitter”də media fayllarını dərc etmək və onlara baxışı yaxşılaşdırmaq üçün bəzi üsulları sınaqdan keçirəcəyik. Siz daha yüksək təsvir ölçüsünə malik şəkillər kolleksiyasını paylaşmaq istəyirsiniz? Biz “Android” və “iOS” mobil əməliyyat sistemlərində yüksək təsvir ölçülü şəkillərin yüklənməsi və onlara baxılması üçün üsulları sınaqdan keçiririk" – şirkət sosial şəbəkədə məlumat verib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL