waplog

“Mədəniyyət” TV kanalının rəqəmli yayımı təmin olunub


Bu ilin fevralında fəaliyyətə başlayan “Mədəniyyət” TV kanalının yayımı üçün yeni vericilərin quraşdırılması davam etdirilir.

“Teleradio” İB-dən verilən məlumata görə, qısa bir müddətdə həyata keçirilən işlər nəticəsində Tərtərdə, Tovuzda, Zaqatalada, Şəkidə, Füzulidə yeni vericilər quraşdırılıb ki, bunlar da adıçəkilən rayonlarda və qonşu ərazilərdə proqramın keyfiyyətli yayımını təmin edir.

Qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən rəqəmli vericilərin yayımladığı paketlərə “Mədəniyyət” TV kanalının əlavə edilməsi nəticəsində həmin kanalın proqramlarının rəqəmli yayımı da təmin olunub.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL