waplog

Smartfonlar üçün yeni “Google Chrome” brauzeri öz sistem tələbləri ilə təəccübləndirib


"Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Chrome" brauzerinin yeni versiyası bir çox cihazlar üçün əlçatmaz olacaq. Sistemə olan tələblər haqqında "Google"un rəsmi bloqunda məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, tərtibatçılar tərəfindən hazırlanan brauzerin 64 bit versiyası işləmə sürətini və sabitliyi yüksəldəcək. Lakin "Chrome 89" versiyası öz işi üçün ən azı 8 QB əməli yaddaş və "Android" sisteminin 10-cu versiyasını tələb edəcək. Başqa sözlə, yeni brauzer yalnız qabaqcıl smartfonlarda əlçatan olacaq.

 

"Google Play" proqramlar mağazasında brauzerin yeni versiyası yalnız qurğuları tələblərə uyğun gələn istifadəçilərə əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL