waplog

“Google”un proqramının “yüngül” versiyası 500 milyon dəfədən çox yüklənilib


"Google"un proqramının "yüngül" versiyası istifadəçilər arasında çox populyarlaşıb. Məlumata görə, sözügedən versiya 500 milyon dəfədən çox yüklənilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, 2017-ci ildə "Google" şirkəti "Google Search Lite" proqramını təqdim edib. Sonra onun adı "Google Go"ya dəyişdirilib. "Google Play" tətbiqlər mağazasında 4 il ərzində proqram təxminən 500 milyon dəfə yüklənilib.

 

Məlumat üçün bildirək ki, "Google Go" versiyası "Android Go Edition"nun idarəetməsi altında işləyən smartfonlarda başlanğıc ayar kimi quraşdırılıb.

 

Bu proqram internetə zəif çıxışa malik regionlarda yaşayan insanlar üçün uyğundur. "Google"un standart proqramının, demək olar ki, bütün xüsusiyyətləri sözügedən versiyada reallaşdırılıb, diskdə 8 MB yer tutur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL