waplog

“WhatsApp” messenceri bu “iPhone” modelini dəstəkləməyəcək


Tərtibatçılar "WhatsApp" messencerinin son yeniləməsində "iOS" mobil əməliyyat sisteminin 9-cu versiyasının dəstəyini dayandırıblar. Bu barədə "WABetaInfo" portalı məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, 2011-ci ildə təqdim edilmiş "iPhone 4s" smartfonu "iOS 9" versiyasının idarəetməsi altında işləyir. "WhatsApp" messencerinin 2.21.50 versiyasında tələblər yalnız "Apple"ın məhsulu üçün yenilənməyib. İndi messencer "Android 4.0.3" və daha yuxarı, "KaiOS 2.5.1" və daha yuxarı versiyaları dəstəkləyir.

 

"iPhone 4s" cihazının sahiblərinə sözügedən messencerdəki çat və yazışmalarını yadda saxlamaq tövsiyə edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL