waplog

“Acer” və “ASUS” noutbukları bahalaşacaq


“Acer” və “ASUS” şirkətləri növbəti rübdə portativ kompüterlərin qiymətini qaldıracaq. Gözlənilən bahalaşma bir neçə amillə izah olunur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, onlardan biri elektron komponent hissələrinin çatışmazlığıdır. Prosessor və digər yarımkeçirici komponentlərin çatışmazlığı smartfon və kompüterlərdən tutmuş, televizor və avtomobillərədək bazarın müxtəlif sektorlarına şamil edilib.

 

Bahalaşmaya daha bir səbəb pandemiyaya görə noutbuklara yüksək tələbatla əlaqədardır. Şirkət əməkdaşlarının, tələbələrin, məktəblilərin distansiyalı işə və tədrisə kütləvi şəkildə keçməsi əlavə kompüter texnikasına tələbatı kəskin artırıb.

 

Məlumata görə, “Acer” və “ASUS” noutbukları yaxın aylar ərzində 10 faiz bahalaşa bilər. Dünya noutbuklar bazarının digər oyunçularının da bu şirkətlərdən nümunə götürəcəyi gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL