waplog

Uşaqlar üçün faydalı sayt


“www.ushaqlar.az” saytının təqdimatı olub. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən reallaşdırılıb.
Tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova əvvəlcə sayt haqqında ətraflı məlumat verib. Bildirib ki, “www.ushaqlar.az” saytının tərtib olunmasında məqsəd valideyn və uşaqları faydalı informasiyalarla təmin etməkdir. Sonra sayt ictimaiyyətə təqdim olunub. “www.ushaqlar.az” saytı 9 əsas bölmədən ibarətdir. Hər bir bölmədə uşaqlarla bağlı qanunvericilik bazası, Azərbaycan uşaqları haqqında statistik göstəricilər, valideyn və uşaqların maarifləndirilməsi üçün materiallar yerləşdirilib.
Layihəni yüksək dəyərləndirən millət vəkili Gülçöhrə Məmmədova deyib ki, Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə hazırda onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun da bu sahədə gördüyü işlərdən danışılıb.
Tədbirdə, həmçinin təqdimatı keçirilən “Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr” kitabı haqqında da danışılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL