waplog

Üç yeni “Lenovo” planşeti buraxılacaq


Çinin “Lenovo” şirkəti yaxın vaxtlarda nümayiş etdiriləcək üç planşet hazırlayır. Bunlar “Yoga Pad Pro”, “Yoga Duet 2021” və “Xiaoxin Pad Plus” modellərdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Yoga Pad Pro” qurğusu dünya bazarına “Yoga Tab 13” adı ilə çıxarıla bilər. O, “2К” formatlı (2160 × 1350 piksel) 13 düym diaqonallı ekranla təchiz ediləcək. Həmçinin 3,2 giqahers tezlikli səkkiz “Kryo 585” nüvəsini, “Adreno 650” qrafik sürətləndiricisini və “Snapdragon X55 5G” mobil modemini birləşdirən “Qualcomm Snapdragon 870” prosessorundan istifadə ediləcək.

 

“Yoga Pad Pro” planşeti 8 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacaq. Mobil rabitə və yalnız “Wi-Fi” dəstəkli versiyalar təklif olunacaq. Əməliyyat sistemi qismində “Android 11” tətbiq ediləcək.

 

“Yoga Duet 2021” modeli dünya bazarında “Yoga Duet 7i” adı ilə tanınan “Yoga Duet 2020” qurğusunu əvəzləyəcək. Bu hibrid qurğunu istifadəçilər birləşdirilən klaviatura sayəsində noutbuk kimi istifadə edə biləcəklər.

 

“Yoga Duet 2021” komplektləşmədən asılı olaraq “Tiger Lake” nəsilli “Intel Core i5-1135G7” və ya “i7-1165G7” prosessoru ilə təchiz olunacaq. “DDR4-3200” operativ yaddaş tutumu 16 giqabayt, “М.2” bərkcisimli toplayıcısının isə 1 terabayt təşkil edəcək.

 

“Xiaoxin Pad Plus” planşetinə gəldikdə, onun barədə məlumat cüzidir. Dünya bazarında “Tab P” seriyasına daxil olacaq qurğuda “Android 11” əməliyyat sistemindən istifadə ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL