waplog

2021-ci ilin əvvəlində dünyada ən populyar smartfonlar məlum olub


2021-ci ilin əvvəlində dünyada 10 ən popular smartfondan 6-sı “iPhone” cihazları olub. Bu barədə “Counterpoint Technology Market Research” şirkətinin analitikləri məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 2021-ci ilin birinci ayı ərzində ən çox satılan smartfon “iPhone 12” olub. “iPhone 12 Pro Max” cihazı reytinqdə ikinci, “iPhone 12 Pro” isə üçüncü olub. Qlobal smartfon satışının 15%-i bu üç modelin payına düşüb.

 

“Android” sisteminin idarəetməsi altında işləyən ən çox satılan ucuz “Redmi 9A” smartfonu reytinqdə 5-ci yeri tutub. Ötən il təqdim edilmiş “iPhone SE” cihazı ilk onluqda qərarlaşıb.

 

Analitiklərin proqnozuna görə, bu il 5G smartfonlara tələbat artacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL