waplog

“Intel Tiger Lake” platformalı “MSI Modern 14 B11” noutbukları təqdim olunub


“MSI” şirkəti 1920 × 1080 pikselli (Full HD formatı) 14 düymlük displeylə təchiz edilən yeni “Modern 14 B11” portativ kompüterlərinin satışına başlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğunun əsasını “Intel Tiger Lake” aparat platforması təşkil edir. Maksimal konfiqurasiyaya 8 təlimat axını emalı imkanına malik 4 hesablama nüvəsini birləşdirən “Core i7-1165G7” prosessoru daxildir. Maksimal takt tezliyi 4,7 giqahersə bərabərdir.

 

“DDR4” operativ yaddaş tutumu 16 giqabayt, “M.2” formatlı “NVMe” bərkcisimli toplayıcısının tutumu 1 terabayt təşkil edir. Həmçinin “microSD” yaddaş kartı üçün slot nəzərdə tutulub.

 

Simsiz rabitə imkanına “Wi-Fi 6 AX201” və “Bluetooth 5.1” kontrollerləri cavabdehlik daşıyır. “Windows 10 Pro” əməliyyat sistemi tətbiq edilib.

 

Qabaritlər 319 × 219 × 16,9 millimetr, çəki 1,3 kiloqram təşkil edir. Akkumulyator batareyasını bir dəfə tam enerji ilə doldurmaqla 8 saat avtonom işləmək mümkündür.

 

Mövcud interfeyslər dəstinə “USB 3.2 Gen.2 Type-C”, “USB 3.2 Gen.1 Type-A”, “HDMI” portları, eləcə də qulaqcıq üçün standart çıxış daxildir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL