waplog

“Adobe” şirkətinin həmtəsisçisi vəfat edib


"Adobe" şirkətinin həmtəsisçisi Çarlz Qeşke 81 yaşında vəfat edib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, Los-Ancelesin ətrafında yaşayan Ç.Qeşke aprelin 16-da dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

 

Ç.Qeşke karyerasına Kaliforniya ştatının Palo-Alto şəhərində "Xerox" elmi tədqiqat mərkəzində başlayıb. Orada Con Uornik ilə tanış olduqdan sonra 1982-ci ildə onunla birlikdə "Adobe" şirkətini təsis edib. O, "Portable Document Format" (PDF) texnologiyasının hazırlanmasında iştirak edib.

 

2009-cu ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama Ç.Qeşke və C.Uorniki texnologiya və innovasiyalar sahəsində milli medalla təltif edib.

 

Ç.Qeşke 1992-ci ildə oğurlanıb və 4 gün əsirlikdə saxlanılıb. Şübhəlilərdən biri girovluqdan buraxılmaq üçün tələb olunan 650 min dolları alan zaman həbs olunub. Bundan sonra polis tərəfindən onun saxlanıldığı yer müəyyənləşdirilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL