waplog

“Samsung” eyni anda üç qurğu ilə işləyən yeni klaviatura təqdim etməyə hazırlaşır


"Samsung" şirkəti eyni anda bir neçə cihaza qoşula bilən simsiz klaviatura təqdim etməyə hazırlaşır. "Smart Keyboard Trio 500" adlı yeni klaviatura artıq istehsalçının rəsmi saytında yerləşdirilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Samsung Smart Keyboard Trio 500" klaviaturası eyni anda üç qurğuya qoşula bilir, cihazlar arasında keçid xüsusi klaviş kombinasiyaları ilə həyata keçirilir. Aksesuarın ölçüləri 280,4 x 127,4 x 15,4 mm, çəkisi isə 412,3 qramdır.

 

"Smart Keyboard Trio 500" müxtəlif qurğulara qoşulmaq üçün "Bluetooth 5" modulu ilə təchiz edilib. Yeni klaviaturada 78 klaviş mövcuddur, onlardan üçü "DeX" düyməsi ilə birlikdə işləyir, amma bu rejim yalnız "One UI 3.1" interfeysinin idarəsi altında işləyən "Samsung Galaxy" smartfonları və planşetləri tərəfindən dəstəklənir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL