waplog

Kameralar tədricən smartfonlar tərəfindən sıxışdırılıb çıxardılır


“NPD Group” şirkətinin məlumatına əsasən, rəqəmli kameralar tədricən smartfonlar tərəfindən sıxışdırılıb çıxardılır. Belə ki, istifadəçilər məhz çəkilişlər üçün daha tez-tez "ağıllı telefon"lardan istifadə etməyə başlayıblar.

Keçən illə müqayisədə smartfon vasitəsi ilə çəkilmiş şəkillərin payı 17%-dən 27%-ə qədər artıb. Kameraların payı isə 52%-dən 44%-ə qədər azalıb.

“NPD Group” şirkətindən qeyd ediblər ki, daha ciddi çəkilişlər üçün istifadəçilər güzgü kamerasından və növbəli obyektivlərlə olan güzgüsüz  kameradan istifadə etməyə üstünlük verirlər. Belə qurğuların satışları müvafiq olaraq 12% və 16% artıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL