waplog

“Samsung” böyük həcmli akkumulyatora malik ucuz smartfon təqdim edəcək


Cənubi Koreyanın "Samsung" şirkəti böyük həcmli akkumulyatora malik "M" seriyasına məxsus yeni smartfon hazırlayır. Bu barədə Avropanın "DEKRA" sertifikatlaşdırmasına istinadən "91mobiles" yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, yeni cihazın istehsalı üçün əsas ola bilən "Samsung A32"dən fərqli olaraq "Galaxy M32" smartfonu 6000 milliamper/saat həcmində batareyaya malik olacaq. Ucuz "Helio G80" prosessoru ilə təchiz ediləcək qurğu LTE şəbəkələrdə işi dəstəkləyəcək.

 

Smartfonun digər xüsusiyyətləri arasında 90 hers tezliyə malik 6,4 düymlük "Super AMOLED" ekran, 64 meqapiksellik əsas kamera və "OneUI 3.1" interfeysli "Android 11" əməliyyat sistemi qeyd edilir.

 

Aprelin sonunda təqdim ediləcək "Galaxy M32" aparatının qiyməti haqqında məlumat yoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL