waplog

Rəqəmli TV-yə keçid geniş müzakirə olunub


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanda rəqəmsal TV yayımının tətbiqinə həsr olunmuş toplantısı keçirilib. Toplantıda Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov da iştirak edib.

Tədbiri açıq elan edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirdi ki, RİTN və  MTRŞ rəqəmsal yayımla bağlı üzərinə düşən bütün vəzifələri artıq həll edib.

 O qeyd edib ki, ölkə ərazisində rəqəmsal yayıma keçid üçün qərar verilə bilər. N.Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda kabel TV şəbəkəsi xeyli müddətdir fəaliyyət göstərir. “Kabel şəbəkəsi rəqəmsal yayım üzrə fəaliyyət göstərir.

Bu şəbəkəyə qoşulanların dekoder almasına ehtiyac yoxdur. Rəqəmsal yayıma keçid teleradio məkanında yenilik olacaq. Bu yayıma keçəndən sonra tezliklərin istifadəsi ilə bağlı xeyli tezlik əldə ediləcək.

Bir TV kanalında 12 kanal yayımlana biləcək. Telekanallar artıq 1 Kvt ötürücü vasitəsi ilə yayımını təmin edəcək. Keyfiyyətlə bağlı təsvirdə böyük yeniliklər olacaq.

Analoq rejimə nisbətən əlavə maneələrdən azad olacaq. Ölkə ərazisində TV kanallarının yayımında qeyri-bərabərlik aradan qalxacaq. İnsanlar TV və radio vasitəsi ilə interaktiv imkanlardan yararlana biləcəklər. Tamaşaçılar əvvəlcədən baxmaq istədikləri proqramları müəyyənləşdirə biləcəklər”, - deyə N.Məhərrəmli vurğulayıb.

Tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, rəqəmsal yayıma keçidlə bağlı təqdimat keçirilib. O qeyd edib ki, MTRŞ-in qərarına uyğun olaraq, hər paketdə 10 kanal olmalıdır. “Gələn ilin fevral ayınadək Naxçıvan MR da rəqəmsal yayımla tam əhatə olunacaq.

Rəqəmsal yayıma keçidi biz 2012-ci ilin ilk rübündə Bakı şəhərində ND EV yayımı düşünürük. Eləcə də HD radionun 2012-ci ilin ilk rübündə yayımı nəzərdə tutulur. Yəqin ki, “İctimai” TV-nin HD yayıma keçidi olacaq”, - deyə o əlavə edib.

İ.Məmmədov deyib ki, təmsil etdiyi qurum müvafiq qurumlara müraciət edərək analoq televizorların gətirilməsinə qadağa qoyulmasını tələb edir.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL