waplog

“iOS 15” əməliyyat sistemi ilə bağlı yeni detallar məlum olub


“Apple”ın qurğuları üçün nəzərdə tutulmuş “iOS 15” versiyası yenilənmiş interfeys və əlavə funksiyalar əldə edəcək. Bu haqda “Engadget” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, siyahıda dəyişdirilmiş bildirişlər yer alıb – istifadəçi nə ilə məşğul olmasından asılı olmayaraq onların davranışını idarə etmək imkanına yiyələnəcək. Əməliyyat sisteminin planşet versiyasında bloklama ekranı və ev ekranının işi təkmilləşdiriləcək.

 

İnsayderlərin məlumatına görə, “iMessage” messenceri yenilənəcək, onu sosial şəbəkəyə çevirmək istəyirlər. Lakin populyar proqramın nə dərəcədə dəyişiləcəyi bilinmir.

 

“iOS” və “iPadOS” əməliyyat sistemlərinin yeni versiyaları rəsmən iyunda keçiriləcək “WWDC” konfransında təqdim ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL