waplog

Fləş-kart ölçüsündə 1 TB-lıq SSD disk təqdim edilib


Çinin "Longsys" şirkəti SATA interfeysinə malik ən miniatür ölçülü istehlak xarakterli SSD disk təqdim edib. Çəkisi 2 qram və həcmi 1 TB olan yeni disk öz texniki xüsusiyyətlərinə görə böyükölçülü analoqları ilə tamamilə eynidir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, ölçüləri 33,4 x 17,2 x 1,23 mm təşkil edən diskin həcmi modifikasiyadan asılı olaraq 128 QB, 256 QB, 512 QB və ya 1 TB-ə bərabərdir. Məlumatların ötürülmə sürəti 6 Qbit/san təşkil edir.

 

İstehsalçının məlumatına görə, diskin oxuma sürəti 550 MB/s-dək, yazma sürəti 550 MB/s-dək təşkil edir, həmçinin 1,5 milyon saatadək işləmə və 3 il zəmanət müddəti verilir. Sudan qorumaya malik patentlənmiş zərbəyədavamlı qablaşdırmada olan daşıyıcı indi Çin, Tayvan, ABŞ, Cənubi Koreya, Yaponiya, Kanada, Braziliya, Avropa Birliyi və başqa regionlarda sertifikatlaşdırma prosesindən keçirilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL