waplog

“WhatsApp” messencerində mesajlar üçün vacib funksiyaya dəyişiklik ediləcək


Populyar “WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminə dəyişlik etməyi planlaşdırırlar. Bu haqda “WABetaInfo” saytı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, mesajların göndərilməsindən 24 saat sonra onların avtomatik silinməsi imkanı istifadəçilərə təklif ediləcək. Bu funksiya həm şəxsi, həm də qrup çatlarında əlçatan olacaq.

 

İndi “WhatsApp” messencerinin tənzimləməsində mesajların yalnız 7 gündən sonra avtomatik silinməsi imkanını seçmək mümkündür. Bu halda mesajlar həm göndərən, həm də onu alan tərəfdə silinir.

 

Yeni funksiya hələ ki beta test mərhələsindədir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL