waplog

“Google” “Apple”ə söz verib


“Google iPhone“nun yeni versiyasına NFC çipi quraşdırılacağı təqdirdə onu özünün “Google Wallet” kontaktsız ödəniş sisteminə qoşmağa hazırdır”. Bu barədə “Google İnc” Direktorlar şurasının sədri Erik Şmidt "Kann şirləri" Beynəlxalq reklam festivalında çıxış edərək bildirib.
Şmidtin sözlərinə görə, “Google” qurğu istehsalçılarının, “Apple” də daxil olmaqla geniş dairəsi ilə əməkdaşlıq etməyi planlaşdırır. Şmidt istehsalçıların əksəriyyətinin 2012-ci ilədək NFC texnologiya dəstəyi ilə olan qurğular təqdim edəcəyini iddia edib. Qeyd edək ki, artıq “LG” və “Sony Ericsson” şirkətləri “Android” əsasında olan smartfonlara NFC çip quraşdırmaq niyyətini təsdiq ediblər.
“Google Wallet” sistemi isə 2011-ci il may ayının 26-da təqdim edilib. O, NFC çipi ilə olan smartfonun köməyi ilə mal və xidmətlər üçün hesablaşmağa icazə verir. Bunun üçün qurğuda “Google Wallet” proqramı qurulmuş olmalıdır. Bu sistem özündə istifadəçinin ödəmə kartları haqqında informasiyanı saxlayır. Ödəniş etmək üçün smartfonu mağaza, kafe və ya restoranda elektron qurğuya yaxınlaşdırmaq lazımdır.
Hələ ki “Google Wallet” ABŞ-ın bir neçə şəhərində test rejimində işləyir. Hal-hazırda “Nexus S 4G” smartfonu sistemə yeganə uyğun gələn qurğudur. “Google” gələcəkdə sistemin digər ölkələrdə istifadəsini istisna etmir.
“Apple” şirkətinin “iPhone 5”-i 2011-ci ilin avqust və ya sentyabrında təqdim edəcəyi gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL