waplog

“CES 2022” elektronika sərgisi pandemiyanın başlanğıcından bəri ilk dəfə oflayn formatda keçiriləcək


“CES 2020” elektronika sərgisi koronavirus pandemiyasının yayılmasından əvvəl ənənəvi oflayn formatda keçirilmişdi. 2021-ci ildə isə sözügedən sərgi onlayn formatda keçirilib. Amma gələn il “CES” sərgisi pandemiyanın başlanğıcından bəri ilk dəfə ənənəvi formatda keçiriləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, İstehlak Texnologiyaları Assosiasiyası bu məlumatı təsdiq edərək bildirib ki, “CES” elektronika sərgisi 5 yanvar 2022-ci il tarixində Las-Veqasda oflayn formatda keçiriləcək. “WSJ” nəşri yazır ki, sərginin təşkilatçıları bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması məsələsinə ciddi yanaşmaq niyyətindədir.

 

Hazırda ən azı min şirkətin (həmçinin “Amazon” və “Sony”) “CES 2022”də iştirak edəcəyi məlumdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL