waplog

“iOS” və “Android” əməliyyat sistemləri üçün ən populyar mobil proqramlar məlum olub


“Sensor Tower” tədqiqat firması 2021-ci ilin aprel ayı üçün ən çox yüklənən mobil proqramlar haqqında hesabat dərc edib. Statistikaya görə, istifadəçilər əsasən populyar mobil proqramları yükləyirlər, “iOS” və “Android” istifadəçiləri arasında fərq cüzidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, apreldə ən çox yüklənən mobil tətbiq “TikTok” sosial şəbəkəsi olub. “Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” isə növbəti yerləri tutublar. İlk onluğa, həmçinin “Snapchat” sosial şəbəkəsi, “ZOOM” videokonfranslar xidməti, “Telegram” messenceri, “CapCut” videoredaktoru və “Google Meet” videozənglər xidməti daxil edilib.

 

Əgər platformalar üzrə nəzərdən keçirsək, onda “iOS” sistemində ən çox yüklənən mobil tətbiq “TikTok”, “Android”də isə “Facebook” olub. "Alma" qurğularının sahibləri, həmçinin çox vaxt “Google”un müxtəlif xidmətlərini (məsələn, “YouTube”, “Gmail” və “Google Maps”) yükləyirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL