waplog

JXD S7100: Oyun həvəskarları üçün Android-planşet (VİDEO)


“JinXing Digital” (JXD) şirkəti 7 düymlü diaqonala malik sensor ekranla təchiz edilmiş “S7100” planşetini təqdim edib.

Qurğu hər şeydən əvvəl oyun həvəskarları üçün nəzərdə tutulub. Ekranın sağ və sol tərəflərində oyun kontrollerləri və idarəetmə düymələri yerləşib.

Qurğunun “ürəy”i  1 QHz takt tezliyində işləyən “ARM Cortex A9” prosessorudur, qrafikanı “Mali 400” kontrolleri emal edir. Əməli yaddaş tutumu 512 Mbayta bərabərdir; ekranın kəskinliyi 800×480 piksel təşkil edir.

Təsvirin televizor və ya monitora çıxarılması üçün “HDMİ” rəqəmli interfeysi var.Planşetin ölçüləri 238,5×121,7×12,35 mm; əməliyyat sistemi kimi “Android 2.2” quraşdırılıb. Qurğunun qiyməti 140 dollardır.





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL