waplog

“Çjujun” kosmik aparatı Marsın tədqiqinə başlayıb


Çinin “Çjujun” kosmik aparatı enmə platformasını uğurla tərk edərək Marsın tədqiqinə başlayıb. Bu barədə Çin Milli Kosmik İdarəsinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, “Çjujun” aparatı enmə platformasını uğurla tərk edib, Mars səthinə çatıb və tədqiqata başlayıb.

 

“Tyanven-1” avtomatik planetlərarası stansiyası mayın 15-də Mars səthinə uğurla eniş edib. Bu, Çin kosmik aparatının Marsa ilk enişi olub. Onun tərkibinə daxil olan “Çjujun” kosmik aparatı planetin torpağını, ionosferini və iqlimini öyrənəcək. Aparatın planet səthində işləmə müddəti 90 Yer sutkası təşkil edəcək.

 

“Tyanven-1” stansiyası 23 iyul 2020-ci ildə “Çançjen-5” raketdaşıyıcısı vasitəsilə Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençan kosmodromundan buraxılıb. O, fevralda Mars orbitinə çatıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL