waplog

“1440p” formatlı “LG” oyun monitoru nümayiş olunub


"LG" şirkəti 31,5 düym diaqonallı "Nano IPS" matrisası üzərində qurulan "32GP83B-B" monitorunu nümayiş etdirib. Panelin təsvir ölçüsü 2560 × 1440 piksel təşkil edir ki, bu da "WQHD" formatına uyğundur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni qurğu "DCI-P3" rəng məkanını 98 faiz əhatə edir. Parlaqlıq 350 kandel/kvadratmetr, kontrastlıq 1000:1 təşkil edir. Horizontal və vertikal üzrə baxış bucağı 178 dərəcəyə çatır.

 

Monitor 165 giqahers yeniləmə tezliyinə malikdir. Reaksiya vaxtı "GTG" rejimində 1 millisaniyə təşkil edir. Həmçinin daha dəqiq kontrastlığı təmin etməklə ən tünd təsvir detallarını görməyə imkan verən "Black Stabilizer" texnologiyası tətbiq edilib.

 

Adaptiv sinxronlaşdırma vasitələri oyun prosesini daha rəvan etməyə imkan verir. "AMD FreeSync Premium" və "NVIDIA G-Sync" texnologiyalarının uyğunluğu nəzərdə tutulub.

 

Çıxışlar dəstinə iki "HDMI" interfeysi, bir "DisplayPort 1.4" konnektrou və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxış daxildir. Altlıq paneldən albom və portret rejimində istifadəyə imkan verir.

 

"LG32GP83B-B" monitorunun təxmini qiyməti barədə məlumat hələ ki verilmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL