waplog

Yeni “Microsoft Edge” versiyası yenilənmiş parollar meneceri ilə təchiz ediləcək


“Microsoft” şirkətinin mütəxəssisləri “Microsoft Edge” brauzerinin parollar menecerinə yeni funksiyalar tətbiq ediblər. Proqram etibarsız, təkrar istifadə olunmuş və ya oğurlanmış parolları aşkarlayaraq istifadəçini bu barədə məlumatlandıra bilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, parollar meneceri parol oğurlanmayanda, lakin eyni anda bir neçə hesabda istifadə olunaraq istifadəçi informasiyasının təhlükəsizlik səviyyəsini azaltdığı halda da istifadəçiləri xəbərdar edəcək.

 

Mütəxəssislərin sözlərinə görə, “Microsoft Edge 91” versiyasından başlayaraq hansı parolların etibarsız olması və ya bir neçə hesabda istifadə olunması barədə məlumat veriləcək. Bu, istifadəçilərə həmişə internetdə təhlükəsizlik səviyyəsi barədə məlumatlı olmağa imkan verəcək.

 

Yeni funksiyalar, həmçinin hesab məlumatlarını müxtəlif kriterilər, məsələn, əlifba ardıcıllığı üzrə filtrasiya etməyə şərait yaradacaq.

 

“Microsoft” şirkətinin “yol xəritəsi”nə görə, brauzerin yenilənmiş parollar menecerinə malik yeni versiyası mayın sonunadək buraxılacaq. “Microsoft Edge Canary” versiyasını testlərin aparılması üçün artıq yükləmək mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL