waplog

“Google Docs” xidmətində “Word 97”nin faydalı funksiyalarından biri əlçatan olub


“Google Docs” onlayn xidməti mövcud funksiyaların sayına görə “Microsoft Word” proqram təminatının ən müasir versiyalarından geri qalsa da, sözügedən mətn redaktorundan ödənişsiz istifadə mümkündür və o, kollektiv iş üçün geniş tətbiq edilir. Bu yaxın vaxtlarda onlayn xidmətə şəkillərlə bağlı funksiya əlavə edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, indi “Google Docs” xidmətində şəkilləri mətnin arxasına yerləşdirmək və ya onları ön plana çıxartmaq imkanı əlçatan olub. “Google”un daha əvvəl bu funksiyanı reallaşdırmaması qəribə səslənir, çünki sözügedən funksiya digər mətn redaktorlarında uzun illər əvvəl tətbiq edilib.

 

Həm də yenilik nəticəsində xidmətə import edilmiş “Word” sənədlərinin düzgün formatlanması saxlanılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL