waplog

“Honor” şirkəti GSMA Assosiasiyasına üzv olub


“Honor” şirkəti GSMA Assosiasiyasına daxil olub. Bundan sonra Çinin elektronika istehsalçısı yeni mobil rabitə texnologiyalarının tanıdılması, hazırlanması və tətbiqi sahəsində profilli tərəfdaşlarla birlikdə fəaliyyət göstərəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, assosiasiya bütün dünyanın mobil rabitə operatorlarının maraqlarını təmsil etməklə 750-dən çox mobil operatoru və 400 şirkəti vahid ekosistemdə birləşdirir. Təşkilata, həmçinin smartfon və digər qurğu istehsalçıları, proqram təminatı tərtibatçıları, avadanlıq tədarükçüləri, internet şirkətləri və qatışıq sənaye sahələrinin nümayəndələri daxildir. GSMA hər il Barselona, Los-Anceles və Şanxayda keçirilən MWC sammiti kimi böyük tədbirlərin təşkilatçısı qismində çıxış edir. “Mobile 360 Series” isə assosiasiya tərəfindən təşkil olunan daha bir regional konfrans seriyasıdır.

 

“Honor” rəhbərliyi “GSMA” üzvləri ilə strateji tərəfdaşlığı gələcəkdə daha da möhkəmləndirmək niyyətindədir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL