waplog

“Deimos” okean kosmodromunun tikintisinə başlanılıb


“Tesla” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask ABŞ-ın Texas ştatının sahilində üzən kosmodromun inşasına başlayıb. Platforma çoxdəfəli raket və kosmik missiyalarda “SpaceX” raketləri üçün start və enmə bazası rolunda çıxış edə bilər. Məsələn, platformadan artıq orbitə yüzlərlə “Starlink” peykini çıxarmış “Falcon 9” raketdaşıyıcıları istifadə edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu məqsədlər üçün “SpaceX” şirkəti 3,5 milyon dollar dəyərində iki neft buruğunu satın alaraq onlara “Deimos” və “Phobos” adını verib. Adlar Mars aylarının şərəfinə seçilib. Platformaların növbəti ildə işə salınacağı gözlənilir.

 

Perspektivdə platformalardan “Starship” kosmik gəmilərində Marsa pilotlu missiyaların göndərilməsi nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL