waplog

Yeni “Windows” versiyasının təqdimat tarixi məlum olub


“Microsoft” şirkəti “Windows” əməliyyat sisteminin yeni versiyasını iyunun 24-də təqdim edəcək. Bu barədə şirkətin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni proqram təminatına tərtibatçılar üçün yeni imkanlar və istifadəçilərin daha sadə işləməsi üsulları daxil olacaq.

 

Məlumata görə, yeni “Windows” versiyasının təqdimatında, həmçinin “Sun Valley” kod adlı istifadəçi interfeysində dəyişikliklər haqqında məlumat veriləcək.

 

Yeni proqram təminatı “Windows” insayderləri tərəfindən test edildikdən sonra geniş ictimaiyyətin ixtiyarına veriləcək.

 

Bir müddət əvvəl “Microsoft” korporasiyası “Internet Explorer” brauzerinin dəstəyindən imtina edərək “Edge” brauzerinə keçəcəyini bəyan edib. Yeniliyin 15 aprel 2022-ci ildə tətbiqi planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL