waplog

Rabitəçi boksçular 4-cü rüb ərzində 30 medal qazanıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, idmanın inkişafına da diqqət və qayğı göstərilir.

Bunun nəticəsidir ki,  “Rabitəçi”  İdman Klubunun üzvü olan  rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək idmanın müxtəlif sahələrində, xüsusilə də boks sahəsində  ardıcıl  uğurlar  əldə edirlər.

“Rabitəçi” İK üzvləri  bu   il ərzində qazandığı medalların sayına görə klublar arasında ön sıralarda qərarlaşıb.

  Klubun boksçuları təkcə 4-cü rüb ərzində 30 medal(10 qızıl, 14 gümüş, 6 bürünc), ümumilikdə isə 2011-ci il ərzində 115 medal(37 qızıl, 35 gümüş, 43 bürünc) qazanaraq bir daha birinciliklərini sübut edib.
Klub üzvləri intensiv təlim məşqlərini davam etdirərək 2012-ci ildə daha böyük nailiyyətlər qazanmaq əzmindədirlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL