waplog

“iOS 15” əməliyyat sistemi təqdim edilib


“Apple” şirkəti “WWDC 2021” konfransında “iOS 15” əməliyyat sistemini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, korporasiya ilk növbədə “FaceTime” videozəng tətbiqindəki dəyişikliklər barədə məlumat verib. Məsələn, sözügedən tətbiqdə kənar səs-küy aradan qaldırılıb ki, bu da səsli danışığı daha rahat edəcək. Həmçinin yeni portret rejimində sifətə fokuslanmağa üstünlük verilib. Bundan başqa, müxtəlif məzmunu dostlarla paylaşmağa imkan verən “SharePlay” funksiyası əlçatan olub.

 

Həmçinin “iOS 15” sistemində bildiriş məlumatları əlçatan olub. Bütün bildirişlər əlverişli bir formada toplanılır. Bundan başqa, bildirişlər üçün rejimlər istifadəyə verilib. Bildirişlərin sizi işdən yayındırmaması üçün “Narahat etməyin!” rejimini aktivləşdirə bilərsiniz . "Focus" rejimi lazımi bildiriş mənbələrini seçməyə imkan verir. Məsələn, işdə yalnız işlə bağlı mobil tətbiqlərdən bildirişlər gələcək.

 

İndi “Photos” mobil tətbiqi mətnin tanınması üçün funksiyaya malikdir. “Messages” tətbiqində artıq albom şəklində bir neçə şəkil göndərmək mümkündür.

 

“iOS 15” əməliyyat sistemi payızda bütün istifadəçilərə əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL