waplog

“Seiko Epson” şirkəti “Nokia”ya 80 milyon dollar ödəyəcək


“Seiko Epson” şirkəti “Nokia” ilə saziş bağlayıb. Sazişin şərtlərinə əsasən, Finlandiya korporasiyası iddia ərizələrinin geri çağırılmasına əvəz olaraq 80 milyon dollar alacaq. 2 şirkət arasındakı mübahisə 2009-cu ildə başlanıb. O zaman telefon istehsalçısı “Nokia” yaponları antiinhisar qanunlarının pozulmasında ittiham edib.

“Nokia” şirkətinin hüquqşünasları iddia edirdilər ki, “Seiko Epson” şirkəti qəsdən bir neçə il ərzində maye kristal ekranların qiymətini eyni  səviyyədə  saxlayır. Bununla belə Yaponiya korporasiyası günahı boynuna almadı. Lakin Yaponiya şirkəti məhkəmə mübahisələrindən qurtulmaq üçün 80 milyon dollar ödəməyə qərar verib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL